VİP Rusiya səfirliyi qarşısında piket keçirəcək

VİP Rusiya səfirliyi qarşısında piket keçirəcək
# 01 mart 2013 15:22 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Vətəndaş və İnkişaf Partiyası (VİP) Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək. VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın bununla bağlı açıqlamasında bildirilir ki, VİP son vaxtlar Rusiyanın Azərbaycana qarşı müəyyən yolverilməz davranışlarından, daxili işlərinə müdaxilə cəhdlərindən, bu ölkənin müxtəlif yüksək vəzifəli rəsmi şəxslərinin ölkəmiz əleyhinə təhdidedici çıxışlarından, eyni zamanda, Azərbaycanda etnik və digər zəmində qarşıdurma yaratmaq niyyətindən son dərəcə narahatdır. Bundan başqa, prezident Vladimir Putinin şəxsində Rusiya hakim çevrələrinin SSRİ-ni fərqli formada bərpa etmək təşəbbüslərinə israrla davam etmələri və bu planın həyata keçirilməsi üçün Azərbaycana təzyiqləri gücləndirmələri narahatlığı daha da artırır.

Qeyd olunanları nəzərə alan VİP 11 mart 2013-cü il saat 12.00-dan 13.00-a qədər Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında “Rusiya, Azərbaycandan əlini çək!”, “Bu bayraq bir daha enməz!”, “Müstəqillik – HƏ, müstəmləkə - YOX”, “Евразийский Союз = СССР” şüarları ilə etiraz piketinin keçirilməsi haqqında qərar qəbul edib.

Nəzərdə tutulan aksiyanın keçirilməsi ilə bağlı müvafiq xəbərdarlıq məktubu Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR