“Taliban”ın Pakistandakı dəstələrinin rəhbəri həbs edilib

“Taliban”ın Pakistandakı dəstələrinin rəhbəri həbs edilib
# 16 iyul 2014 09:32 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Pakistanın xüsusi xidmət orqanları “Taliban”ın bu ölkədəki dəstələrinin rəhbəri Adnan Rəşidi həbs edib.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, iki il əvvəl həbsxanadan qaçmış terrorçu ötən həftənin cümə günü saxlanılıb.

Öz növbəsində taliblərin nümayəndələri bildiriblər ki, yayılmış məlumat əsassızdır və A. Rəşid hazırda təhlükəsiz yerdədir.

Qeyd edək ki, A. Rəşid 2003-cü ildə eks-prezident Pərviz Müşərrəfə qarşı sui-qəsdin təşkilində ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR