Azərbaycan ötən il beynəlxalq maliyyə-kredit qurumları ilə 1,406 mlrd. dollar həcmində 8 kredit sazişi imzalayıb

Azərbaycan ötən il beynəlxalq maliyyə-kredit qurumları ilə 1,406 mlrd. dollar həcmində 8 kredit sazişi imzalayıb
# 06 mart 2013 10:33 (UTC +04:00)

ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Nazirlər Kabinetinin 2012-ci il üzrə hesabatında deyilir.

Hesabata əsasən, 2012-ci ildə beynəlxalq maliyyə-kredit qurumları ilə 1 405,72 mln. dollar həcmində 8 kredit sazişi imzalanıb. Bundan 30 mln. dolları Dünya Bankı (1 kredit), 500 mln. dolları Asiya İnkişaf Bankı (2 kredit), 200,05 mln. dolları İslam İnkişaf Bankı (1 kredit), 135,46 mln. dolları Almaniya İnkişaf Bankı (3 kredit) və 540,21 mln. dolları Çexiya Banklar Konsorsiumunun (1 kredit) payına düşür.

Ümumilikdə, imzalanmış sazişlər üzrə ayrılan kreditlərdən 6,899 mlrd. dollar və ya 58,7%, o cümlədən 2012-ci ildə 1,246 mlrd. dollar ekvivalentində vəsait xərclənilib. İstifadə edilmiş kreditlər üzrə 2013-cü il yanvarın 1-nə təxminən 1,190 mlrd. dollar məbləğində əsas borc qaytarılıb. Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən, 2013-cü il yanvarın 1-nə 5 708,8 mln. dollar ekvivalentində olub.

Xarici dövlət borcunun 6,8%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 46,3%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 46,9%-i isə 20 ildən yuxarı olan müddətlərdə kreditorlara qaytarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR