AZAL bu gündən Bakı-Simferopol marşrutu ilə uçuşlara başlayıb

AZAL bu gündən Bakı-Simferopol marşrutu ilə uçuşlara başlayıb
# 02 iyul 2012 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ukrayna ilə Azərbaycan arasında birbaşa sərnişin aviareyslərinin coğrafiyası genişlənir.

«Azərbaycan Hava Yolları» QSC-dən (AZAL) «APA-Economics»ə verilən məlumata görə, bu gündən etibarən AZAL Bakı-Simferopol aviareysi üzrə uçuşlara başlayıb: «Bakıdan Simferopola uçuşlar hər həftənin I və IV günləri saat 09:40-da həyata keçiriləcək».

Bakı-Simferopol-Bakı aviareysinə bir biletin minimal qiyməti 448 manat təşkil edir.

Qeyd edək ki, hazırda Bakıdan Ukraynanın Kiyev, Lvov, Donetsk, Odessa və Krım şəhərlərinə uçuşlar yerinə yetirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR