Yığma komandamız Kanadaya gedir

Yığma komandamız Kanadaya gedir
# 24 sentyabr 2012 14:11 (UTC +04:00)
Bakı – APA. 27-29 sentyabr 2012-ci il tarixdə Kanadanın Strazqona şəhərində qadın güləşçilərin Dünya çempionatı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, yığma komandamız yarışda böyük məşqçi Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərliyi altında iştirak edəcək.

7 çəki dərəcəsində keçiriləck yarışlarda Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Nadya Sementsova (67 kq) və Natalya Palamarçuk (72 kq) medallar uğrunda mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində olimpiya dərəcəli hakim Hicran Şərifov ölkəmizi təmsil edəcək.

3 gün davam edəcək çempionatın proqramına əsasən, sentyabrın 27-də 51, 59 və 67 kq çəki dərəcəsində güləşçilər qüvvələrini sınayacaq. İkinci gün 55 və 72 kq, son gün isə 48 və 63 kq çəkidə qaliblər müəyyənləşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR