Milli Məclisin deputatı Rafael Hüseynov AŞ PA-nın komitə iclaslarında iştirak edəcək

Milli Məclisin deputatı Rafael Hüseynov AŞ PA-nın komitə iclaslarında iştirak edəcək
# 03 mart 2012 13:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Milli Məclisinin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Parisdə keçiriləcək komitə iclaslarında iştirak edəcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Qurumun Mədəniyyət, elm və təhsil komitəsinin toplantısında “Avropa milli parlamentlərində mədəniyyət və təhsil siyasəti”, “İnternet və onlayn media vasitəsi ilə məlumat alma azadlığının qorunması” mövzularında məruzələr dinləniləcək. Ali təhsil sistemində idarəçilik, təhsil seçimi üzrə azadlıqlar, Avropa Şurasına üzv dövlətlərdə demokratik seçkilərin keçirilməsinə dair məruzəçilərin təyin olunması məsələləri müzakirə olunacaq. İclasda R.Hüseynov Avropada ali təhsillə bağlı məruzə edəcək.

Hüquqi işlər və insan haqları üzrə komitənin iclasında isə siyasi mövqeyə görə hərəkət azadlığının məhdudlaşdırılmasının qəbuledilməzliyi, Ekstradisiya haqqında Avropa Konvensiyasına 4-cü əlavə Protokol haqqında, Şimali Qafqazda məcburi köçkünlərin vəziyyəti, Mərakeş, Fələstin və Qırğızıstan parlamentləri üzrə məruzəçilərin təyin edilməsi barədə məsələlərə baxılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR