«Heyvanlar aləmi haqqında» qanuna dəyişiklik edilib

«Heyvanlar aləmi haqqında» qanuna dəyişiklik edilib
# 01 oktyabr 2012 14:18 (UTC +04:00)
APA-nın məlumatına görə, dəyişikliyə əsasən vəhşi heyvanları yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlayanlar cəzalandırılacaqlar. Qanunun 24-cü maddəsinə "Vəhşi heyvanların xüsusi icazə olmadan təbii mühitdən ayırmaqla və digər qanunsuz yollarla əldə etməklə yarım sərbəst və qeyri-sərbəst şəraitdə, müvafiq tələblərə riayət etmədən saxlanması, mühafizəsi və istifadəsi aşkar olunduqda həmin heyvanlar bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən geri götürülərək onların reabilitasiyasına çəkilmiş xərcləri ödənilməlidir" mətni əlavə olunub.

İclasda İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişiklik edilib. Dəyişikliyə əsasən zooloji kolleksiyaların yaradılmasının, zənginləşdirilməsinin, saxlanmasının, istifadəsinin, dövlət uçotuna alınmasının, Azərbaycan Respublikasına gətirilməsinin, onun hüdudlarından kənara göndərilməsinin və ya aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər 500, vəzifəli şəxslər 2000, hüquqi şəxslər 5000 manat miqdarında cərimə edilir. Hazırda qüvvədə olan qanuna görə, bu inzibati pozuntuya görə fiziki şəxslər 20 manatdan 25 manatadək miqdarda, vəzifəli şəxslər 60 manatdan 85 manatadək miqdarda cərimə edilir.

Yeni qanun layihəsinə görə, zooloji kolleksiyalarla qanunvericiliklə müəyyən edilmiş ticarət qaydalarının pozulmasına görə isə fiziki şəxslər 200, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 3000 manat miqdarda cərimə olunacaq.

İndiyədək qüvvədə olan qanuna görə, bu pozuntuya yol verən fiziki şəxslər 15 manatdan 20 manatadək miqdarda, vəzifəli şəxslər 30 manatdan 50 manatadək miqdarda cərimə edilirdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR