Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin senatorlarının işğal altında olan Dağlıq Qarabağ regionuna səfəri barədə məlumatı araşdıracaq

Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin senatorlarının işğal altında olan Dağlıq Qarabağ regionuna səfəri barədə məlumatı araşdıracaq
# 23 may 2012 16:28 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Xarici İşlər Nazirliyi Azərbaycanın Fransadakı səfirliyinə bu ölkənin Senat üzvlərinin Azərbaycanın işğal latında olan ərazilərinə səfər etməsi barədə kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək barədə tapşırıq verib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.

O qeyd edib ki, Ermənistan kütləvi informasiya vasitələri əksər hallarda informasiyanı təhrif edir və yaxud şişirdilmiş şəkildə təqdim edirlər: “Buna görə də qeyd olunan məsələ Parisdəki diplomatik missiyamız tərəfindən araşdırılır. Əgər fakt təsdiqini tapsa, buna adekvat reaksiya veriləcək”.

Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələri Fransa Senatının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna səfər etməsi, orada separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirməsi barədə məlumat yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR