Avropa Superkubok matçının vaxtı müəyyənləşib
22 may 2012 09:06 (UTC +04:00)
Bakı – APA. Avropa Superkuboku uğrunda oyunun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qalibi “Çelsi” (İngiltərə) ilə Avropa Liqasının qalibi “Atletiko” (İspaniya) avqustun 31-də üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı 23:45-də başlayacaq.
Bu oyun Monakonun “Lui II” stafionundakı son Superkubok olacaq. Belə ki, artıq növbəti ildən turnir Çexiya paytaxtı Praqanın “Eden” stadionunda keçiriləcək.
Qeyd edək ki, “Çelsi” və “Atletiko” hərəyə 1 dəfə Superkubokun qalibi olublar. Qalib gələcək komanda titul sayında “Yuventus” (İtaliya), “Anderlext” (Belçika), “Valensiya” (İspaniya) klublarına çatacaq.

Futbol
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024
Fatih Terim "Panatinaikos"dan ayrıldığını açıqlayıb
11:08
17 may 2024