Abşeron sakini dəm qazından zəhərlənərək ölüb

Abşeron sakini dəm qazından zəhərlənərək ölüb
# 29 fevral 2012 09:47 (UTC +04:00)
Bakı-APA. Abşeron rayonunda dəm qazından ölüm faktı baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 28-də Abşeron rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Gülsüm Məmmədova evində dəm qazından zəhərlənərək dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR