Elmar Məmmədyarov: “Bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları Azərbaycanın bu bölgəsində çiyin-çiyinə yaşayacaqlar”

Elmar Məmmədyarov: “Bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları Azərbaycanın bu bölgəsində çiyin-çiyinə yaşayacaqlar”
# 29 sentyabr 2012 07:37 (UTC +04:00)
Biz səmimi olaraq hesab edirik ki, sülh, sabitlik və qarşılıqlı faydalı regional əməkdaşlığın alternativi yoxdur. Azərbaycan münaqişənin tezliklə sülh yolu ilə həllində ən çox maraqlı olan tərəfdir”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də BMT Baş Assambleyasının sessiyasındakı çıxışında deyib.

E. Məmmədyarov bildirib ki, Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlər keçirilməsinə dair Avropadakı müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülən təşəbbüsləri münaqişənin həli baxımından çox vacib sayır: “Ermənistan nəhayət, dərk etməlidir ki, onun qonşu ölkələrə qarşı ərazi iddiası və düşmənçiliyə əsaslanan provokativ siyasəti uğur qazana bilməz. Ermənistan bunu nə qədər tez anlayarsa, ölkələrimiz o qədər tez qarşılıqlı anlayış əldə edər və bölgədə, sülh, sabitlik, əməkdaşlıq bərqərar olar”.

Nazir çıxışında Suriyadakı böhran, islama qarşı həqarətlər və Yaxın Şərq probleminə Azərbaycanın münasibətini də açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR