«Azərbaycan Sənaye Bankı» müştərilərə artıq 5 mindən artıq güzəştli «Extra Card» təqdim edib

«Azərbaycan Sənaye Bankı» müştərilərə artıq 5 mindən artıq güzəştli «Extra Card» təqdim edib
# 28 avqust 2012 13:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin iyulun 5-də təqdim etdiyi «Extra Card» layihəsinə start verilməsindən keçən 45 gün ərzində müştərilərə təqdim olunan kartların sayı 5 mini keçib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hazırda «Extra Card»ın tərəfdaşları arasında geyim dükanları, məişət avadanlıqları və informasiya texnologiyaları mağazaları, restoranlar, mebel salonları və s. obyektlər olmaqla 100-ə yaxın ticarət və xidmət məntəqəsi var.

«Extra Card» istifadəçiləri tərəfdaş olan ticarət və xidmət məntəqələrindən xidmətin və ya məhsulların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq imkanı əldə edirlər. Həmçinin, «Extra Card»la il boyu ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı, hər növ kommunal və rabitə ödənişləri asanlıqla həyata keçirilə bilər. «Extra Card»ı əldə etmək üçün ASB-nin filiallarına müraciət etmək olar. Bundan əlavə www.extracard.com veb-saytına və ya birbaşa www.facebook.com/extracard səhifəsinə daxil olaraq, həmçinin şəhər telefonlarından 137 nömrəsinə zəng edərək tərəfdaşlar və şərtlər haqqında daha ətraflı məlumat almaq olar.

Qeyd ki, «Azərbaycan Sənaye Bankı» ASC 1996-cı ildə fəaliyyətə başlayıb. Bu ilin avqustun 1-nə bankın aktivləri 171,754 mln. manat, depozit portfeli 99,356 mln. manat, kredit portfeli 130,006 mln. manat, nizamnamə kapitalı 28 mln. manat təşkil edib. Bankın ölkə üzrə 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 571 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərin sayı 26 min, müştərilərin ümumi sayı isə 46 mindir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR