Azərbaycan prezidenti İlham Əliyev Latviyanın sabiq prezidenti Valdis Zatlerslə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Latviyanın sabiq prezidenti Valdis Zatlerslə görüşüb
# 04 oktyabr 2012 12:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 4-də Latviyanın sabiq Prezidenti Valdis Zatlerslə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun humanitar əməkdaşlığın möhkəmləndirilməsi işində rolu qeyd edilib, bu cür tədbirlərin mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi baxımından önəmi vurğulanıb.

İ. Əliyev və V. Zatlers Azərbaycan-Latviya münasibətlərinin müxtəlif sahələrdə inkişafından razılıq ifadə ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR