Hüsnü Mübarəkin oğlanları Alaa və Qamala qarşı yeni ittihamlar irəli sürülüb

Hüsnü Mübarəkin oğlanları Alaa və Qamala qarşı yeni ittihamlar irəli sürülüb
# 30 may 2012 15:33 (UTC +04:00)
Bakı - APA-Economics. Misirin baş prokuroru Əbdülməcid Mahmud ölkənin sabiq prezidenti Hüsnü Mübarəkin oğlanları Alaa və Qamala qarşı yeni ittihamlar irəli sürüb.

APA-Economics”in Misir mətbuatına istinadən xəbərinə görə, Mübarəkin oğlanları və daha 7 biznesmen birjada özlərinə yaxın şirkətlərin səhmləri ilə maxinasiya etməkdə, nəticədə qanunsuz olaraq 330 mln. dollar vəsaitə yiyələnməkdə ittiham olunurlar.

Cinayət işinə Qahirə Cinayət Məhkəməsi baxacaq.

Qeyd edək ki, yaxın günlərdə Hüsnü Mübarək, onun oğlanları, sabiq daxili işlər naziri Həbib əl-Ədli və onun 6 müavini barəsində hökm oxunacaq. Onlar 2011-ci ildə baş verən xalq etirazları zamanı dinc nümayişçilərin ölümündə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR