Gürcüstanda keçirilən parlament seçkilərində müxalifət bloku səslərini artırır

Gürcüstanda keçirilən parlament seçkilərində müxalifət bloku səslərini artırır
# 02 oktyabr 2012 06:57 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən məlumatda bildirilir.

Qeyd edək ki, bu göstəricilər proporsional sistem üzrə səsvermənin nəticələrini əks etdirir. Birmandatlı majoritar dairələr üzrə də liderlik “Gürcü arzusu”na məxsusdur – 27:25. 21 dairə üzrə seçkilərin nəticələri hələlik açıqlanmayıb.

Xatırladaq ki, oktyabrın 1-də Gürcüstanda növbəti parlament seçkiləri keçirilib. Yeni parlament əvvəlki kimi, proporsional və majoritar qaydada seçilmiş 150 deputatdan ibarət olacaq. Seçkilərdə üçün iki blok və 14 partiya iştirak edib. 150 deputat yeri uğrunda 2805 namizəd mübarizə aparıb. Partiyalar üçün seçki baryeri səsvermədə iştirak edən seçicilərin səslərinin 5%-i həddində müəyyənləşdirilib.

Seçkilərdə əsas mübarizənin hakim “Vahid Milli Hərəkat” və Bidzina İvanişvilinin “Gürcü arzusu” bloku arasında gedib. Seçkiləri rekord sayda – 60 min yerli və beynəlxalq müşahidəçi izləyib. Gürcüstan prezidenti Mixail Saakaşvilinin ikinci səlahiyyət müddətinin 2013-cü ildə bitəcəyini nəzərə alsaq, seçkilərə bu diqqətin səbəbi aydın olar. Üstəlik, yeni Konstitusiya normalarına əsasən, Gürcüstanda baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətlərinin azaldılması hesabına artırılacaq və gələn il yeni baş naziri bugünkü seçkidə qalib gələn partiya və ya seçki bloku təqdim edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR