Səməd Seyidov: “Avropa Şurasını, xüsusən də AŞPA-nı Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı erməni tərəfi dialoqa dəvət etməyə çağırırıq”
25 iyun 2012 16:14 (UTC +04:00)
Hesab edirəm ki, bu addım Azərbaycanda demokratiyanın inkişafı üçün çox mühümdür və eyni zamanda, Azərbaycan-Avropa Şurası arasında gələcək inkişafındakı münasibətlərinə də çox müsbət təsir edəcək”. APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyət planının müzakirəsi zamanı çıxışında deyib.
Səməd Seyidov Avropa Şurasının Suriya, Misir, İraq və digər ölkələrlə bağlı fərqli-fərqli problemlərlə yaxından maraqlandığını xatırladıb: “Lakin bununla yanaşı, biz Avropa Şurasının öz daxilindəki başlıca problemlərə də nəzər salmalıyıq. Bizim təşkilatımızda bir çox belə problemlər mövcuddur. Bunlardan biri və ən mühümü Dağlıq Qarabağ münaqişəsidir. Biz Azərbaycan tərəfi olaraq, əlimizdən gələni edirik ki, Avropa Şurası daxilində Azərbaycan və Ermənistan nümayəndə heyətlərini bir araya gətirək. Lakin erməni tərəfinin siyasi iradəsi çatışmazlığından bu dialoqun gerçəkləşməsi mümkünsüzləşir”.
Səməd Seyidov AŞPA-nın təsis etdiyi Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətsiz olduğunu bildirib: “Belə bir şəraitdə dialoq vasitəsilə qarşılıqlı etibar mühitinin yaradılması necə mümkün ola bilər ki? Biz burada bu dialoqun yaradılması üçün hazırıq və hər dəfə Avropa Şurasını, xüsusən də AŞPA-nı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün erməni tərəfini bu dialoqa dəvət etməyə çağırırıq. Bu, Avropa Şurasının tam hüquqlu üzvü olan hər iki ölkənin gələcək münasibətləri üçün çox vacibdir. Biz öz tərəfimizdən belə bir dialoqun yaradılmasına tərəfdarıq və hesab edirəm ki, bu, Avropa Şurası üçün də çox vacibdir”.

Xarici siyasət
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
15:32
3 may 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə Məscidində olublar - FOTO - YENİLƏNİB
15:30
3 may 2024
Avropa Komissiyasının rəsmisi: Azərbaycanla əməkdaşlığın yeni erasındayıq - MÜSAHİBƏ
13:28
3 may 2024
UNESCO nümayəndəsi: Azərbaycandakı mina problemi haqqında Avropada demək olar ki, məlumat yoxdur
13:08
3 may 2024