Ziyad Səmədzadə: «Ermənilərin əksəriyyəti Qarabağ münaqişəsindən əvvəl əmanətlərini bankdan çıxararaq Azərbaycanı tərk ediblər»

Ziyad Səmədzadə: «Ermənilərin əksəriyyəti Qarabağ münaqişəsindən əvvəl əmanətlərini bankdan çıxararaq Azərbaycanı tərk ediblər»
# 17 mart 2012 08:33 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu millət vəkili Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin köhnə əmanətlərin qaytarılması ilə bağlı imzaladığı fərmanda deyilir ki, əmanət almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidir: «Yəni, bütün Azərbaycan vətəndaşları pullarını ala biləcəklər. İndi artıq məlumdur ki, Qarabağ münaqişəsi ərəfəsində Azərbaycanda yaşayan erməni əhalisinin əksəriyyəti həmin əmanətlərini alıb buradan çıxmışdılar. Buna görə də onların əmanətləri ilə bağlı elə bir problem yoxdur».

Millət vəkilinin sözlərinə görə, vaxtı ilə Ermənistanda yaşamış və münaqişə zamanı tarixi torpaqlarından çıxarılmış azərbaycanlılar da SSRİ dövründə Ermənistan Əmanət Bankına qoyduqları əmanətlərini ala bilməyiblər: «Həmin vətəndaşlar əmanətlərini ala bilməyəcəklər, bəs onların günahı nədir?».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR