Almaniya səfirliyinin birinci katibi: “Azərbaycan məhkəmə-hüquq sahəsində müəyyən inkişaf yolu keçib”

Almaniya səfirliyinin birinci katibi: “Azərbaycan məhkəmə-hüquq sahəsində müəyyən inkişaf yolu keçib”
# 23 iyun 2012 08:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan müstəqillik əldə etdiyi 21 il ərzində məhkəmə-hüquq sahəsində müəyyən inkişaf yolu keçib”. APA-nın məlumatına görə, bu sözləri Məhkəmə Hakimləri və Hüquqşünaslar üçün Yay Məktəbində çıxışı zamanı Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Florian Pötter deyib.

Diplomat bildirib ki, fundamental yanaşmalar bəzən yanlış yanaşmalara gətirib çıxara bilər. O, ölkədə fundamental insan azadlıqlarının təminində qarşıya çıxa biləcək problemlərin mümkünlüyünü də diqqətə çatdırıb.

Azərbaycanda bu sahədə atılan addımlara toxunan Florian Pötter deyib ki, ölkə məhkəmə sahəsində üzərinə götürdüyü öhdəlikləri həyata keçirmək istiqamətində iş aparır: “Lakin bu, uzun prosesdir. Müstəqilliyin əldə olunduğu belə qısa zaman kəsiyində bütün istəklər həyata keçirilə bilməz. Bunun üçün çoxlu iş aparılmalıdır. Ən əsası isə Azərbaycan üzərinə götürdüyü öhdəliklərə diqqətlə yanaşmalıdır”.

F. Pötter Azərbaycanın məhkəmə-hüquq sahəsində qərb dəyərlərinin tətbiqi üçün bəzi mental baryerlərin aradan qaldırılmasına cəhd edəcəyinə inandığını də söyləyib.

Onun fikrincə, Azərbaycan qarşıda duran maneələri keçə biləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR