Sabirabadda avtomobil balıqçını vurub

Sabirabadda avtomobil balıqçını vurub
# 04 noyabr 2012 20:20 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda avtomobil balıqçını vuraraq öldürüb.

Sabirabad Rayon Polis Şöbəsinin müstəntiqi Şahin Abdulovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, hadisə Sabirabad rayonunun Ətcələr kəndi ərazisində qeydə alınıb.

Rayonun Axtaçı-Muğan kənd sakini Nəhməd İlham oğlu Nəhmədov sürətlə idarə etdiyi “Ford” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun sol kənarına çıxıb və həmin vaxt kanalda balıq tutan Sabirabad rayon Ətcələr kənd sakini, 39 yaşlı Ramik Sürəddin oğlu Əliyevi vurub. Ramik Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR