Rusiyadakı hərbi-diplomatik mənbə: “Moskvanın Qəbələ RLS-dən imtina edəcəyi ehtimalı böyükdür”
03 oktyabr 2012 11:12 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı “İnterfaks”a hərbi-diplomatik mənbə verib.
“Rusiya tərəfinin əvvəlki maliyyə şərtləri ilə stansiyanı 2-3 il müddətinə icarəyə götürmək təklifi Bakını qane etmir. Heç bir saziş imzalanmayacağı və Rusiyanın stansiyanı icarəyə götürməkdən imtina edəcəyi ehtimalı böyükdür”.
Mənbə bildirib ki, belə olan təqdirdə cənubdan raket təhlükəsi ilə bağlı xəbərdarlıq sisteminin işə salınması funksiyasını Armavir radiolokasiya stansiyası tam şəkildə özü üzərinə götürməli olacaq.
Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olub. Stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Stansiya, həmçinin, bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir. Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiya ildə 7 milyon dollar icarə haqqı ödəməklə 2012-ci ilə kimi icarəyə verib. Azərbaycan hazırda RLS üçün Rusiyadan 300 milyon dollar istəyir.
Rusiya ilə danışıqlar aparan Azərbaycan nümayəndə heyətinə baş nazirin birinci müavini Yaqub Eyyubov başçılıq edir. Heyətdə müdafiə naziri Səfər Əbiyev, maliyyə naziri Samir Şərifov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər şəxslər təmsil olunurlar.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024