İsveçrə İrandan neft idxalını davam etdirəcək

İsveçrə İrandan neft idxalını davam etdirəcək
# 27 fevral 2012 07:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran İsveçrə vasitəsilə Avropa Birliyinin (AB) bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardan yayına bilər. APA-nın məlumatına görə, bu barədə İsveçrə radiosu məlumat verib.

Bildirilir ki, “Neftİran” olaraq da bilinən İran Milli Neft Şirkətinin İsveçrənin Vaud kantonunun Pully şəhərindəki ofisi fəaliyyətini hələ də davam etdirir: “Rəsmi Bern isə Avropa Birliyinin İrana bu il iyulun 1-dən etibarən tətbiq edəcəyi sanksiyalara qoşulmamaq qərarı alıb. Ona görə də İranın Avropa Birliyinin sanksiyalarından yayınmaq üçün İsveçrə üzərindən əməliyyatları gerçəkləşdirəcəyi ehtimal olunur”.

Bu arada İsveçrə hökuməti AB-nin sanksiyalarına baxmayaraq, İrandan neft idxalını davam etdirəcəyini açıqlayıb. Rəsmi məlumatda İsveçrə Federal Şurasının AB-nin İrana tətbiq etdiyi sanksiyalara dərhal qoşulmayacağı və bununla bağlı yeni bir qərar almaq üçün qurumun tövsiyələrini gözləyəcəyi vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR