Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb
# 24 iyul 2012 15:41 (UTC +04:00)
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Şirvan Apellyasiya Məhkəməsinin "KredAqro" bank olmayan kredit təşkilatının Cəlilabad filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərarı və həmin təşkilatdan daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, qeyd edilən filialın sabiq müdiri Muradov Mirəli Mirhəsən oğlu və digərləri tərəfindən müştərilərdən alınmış kredit ödənişləri bank sisteminə mədaxil edilməyib, eyni zamanda saxta sənədlər əsasında müxbir olduqları banklardan qanunsuz olaraq kreditlər götürülməklə mənimsənilib.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, təşkilat ilə vətəndaş arasında 5000 manat məbləğində kredit alınmasına dair bağlanmış kredit müqaviləsi saxta olmaqla həmin sənədə vətəndaş tərəfindən imza edilməyib. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanan zaman vətəndaş Türkiyə Respublikasında olduğu halda bağlanmış saxta kredit müqaviləsinə əsasən bankdan həmin vətəndaşın adına 5000 min manat məbləğində pul götürülərək mənimsənilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR