XİN: Ramil Səfərovun qaytarılması Azərbaycan-Macarıstan əməkdaşlığına aid olan məsələdir

XİN: Ramil Səfərovun qaytarılması Azərbaycan-Macarıstan əməkdaşlığına aid olan məsələdir
# 01 sentyabr 2012 15:01 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev jurnalistlərə bildirib.

E. Abdullayev deyib ki, R. Səfərov Azərbaycan zabitidir, Macarıstanın onu Azərbaycana qaytarması qanunlara uyğundur, beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil etmir.

“O ki qaldı Ermənistan rəhbərliyinin isterikasına, bu, Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı soyqırımı həyata keçirmiş Serj Sarkistan və digər Ermənistan rəsmiləri tərəfindən nümayiş etdirilən şou və populizmdən başqa bir şey deyil. Ermənistan rəhbərliyinin əli Xocalı soyqırımı qurbanlarının, o cümlədən qadınların və uşaqların qanına batıb. Ermənistandan fərqli olaraq, Azərbaycan terrorizmi himayə etmir, terror aktlarına bəraət qazandırmır”, - deyə E. Abdullayev vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR