Dələduzluq və rüşvətxorluqda təqsirləndirilən hakimin məhkəməsində zərərçəkmiş şəxs ifadə verib - YENİLƏNİB

Dələduzluq və rüşvətxorluqda təqsirləndirilən hakimin məhkəməsində zərərçəkmiş şəxs ifadə verib - <span style="color: red;">YENİLƏNİB
# 27 oktyabr 2014 15:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Bu barədə APA-ya məlumat verən vəkil Adəm Məmmədov bildirib ki, prosesdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınan Ramazan Səlimov ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, Həsən Əliyevi tanışı Elman Məmmədovun vasitəsi ilə tanıyıb. Həsən Əliyevə müxtəlif vaxtlarda cəmi 600 min manat pul verib. Daha sonra R. Səlimov dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

Proses noyabrın 3-də davam etdiriləcək.

***

13: 58

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu barədə APA-ya məlumat verən vəkil Adəm Məmmədov bildirib ki, prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən Ramazan Səlimov ifadə verməyə başlayıb. Nahar vaxtı olduğundan proses günün ikinci yarısında davam etdiriləcək.

İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E.Məmmədov həbs olunub.

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR