Gömrükçülər 12 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıb

Gömrükçülər 12 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıb
# 20 iyul 2016 11:32 (UTC +04:00)

Bakı – APA-Economics. Tovuz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 12 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, idarəyə daxil olan əməliyyat məlumatı əsasında “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 8 min ədəd siqaret aşkar edilərək götürülüb.

Azərbaycan Respublikası vətəndaşı olan daha bir şəxs isə minik avtomobilində ölkə ərazisinə 4 min ədəd siqaret keçirmək istəyib. Lakin gömrükçülərin sayıqlığı nəticəsində üzərində aksiz markası olmayan siqaretlər “Sınıq Körpü” gömrük postunda aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR