Bank Of Baku

Musa Cəlilin doğum günü qeyd olunub

Musa Cəlilin doğum günü qeyd olunub
# 15 fevral 2010 14:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində böyük tatar şairi Musa Cəlilin ad günü qeyd olunub. APA-nın xəbərinə görə, tədbir “Tuqan tel” Tatar Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil edilib. Cəmiyyət üzvləri alman faşistləri ilə mübarizədə həlak olaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Musa Cəlilin həyatı və yaradıcılığı haqqında məlumatlar veriblər. Şairin şeirləri tatar, Azərbaycan və rus dillərində səsləndirilib, onun şeirlərinə yazılmış nəğmələr ifa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR