Bank Of Baku

“Koroğlu” dastanının yeni variantı çap olunub

“Koroğlu” dastanının yeni variantı çap olunub
# 16 fevral 2010 14:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu “Koroğlu” dastanının Əli Kamali variantını çap etdirib. Folklor İnstitutunun mətbuat katibi Hikmət Quliyevin APA-ya verdiyi məlumata görə, sovet dövründə Azərbaycan folklorunun bir çox nümunələri süni şəkildə ideologiyaya uyğunlaşdırılıb və bununla da həmin nümunələrin milli yaddaşdakı dəyərinə ciddi xələl gəlib. Bu çatışmazlıqları aradan qaldırmaq üçün Folklor İnstitutunun direktoru Hüseyn İsmayılovun rəhbərliyi altında işçi qrupu işə başlayıb. “Koroğlu” dastanı da məhz bu qrupun fəaliyyətinin nəticəsi olaraq çap olunub. H. Quliyevin sözlərinə görə, dastanı çapa institutun əməkdaşı Əli Şamil hazırlayıb.

Kitabda “Koroğlu” dastanının on altıya qədər qolu yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR