Bank Of Baku

Bakı Slavyan Universitetində “Dünya ədəbiyyatı kitabxanası” seriyasından işıq üzü görən 29 kitabın təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Bakı Slavyan Universitetində “Dünya ədəbiyyatı kitabxanası” seriyasından işıq üzü görən 29 kitabın təqdimat mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 fevral 2010 12:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fevralın 18-də Bakı Slavyan Universitetində (BSU) 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından işıq üzü görən 29 kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BSU-nun rektoru, professor Kamal Abdulla bildirib ki, bu layihənin elmi-yaradıcılıq işləri – kitabların elmi tərtibatı, əsərlərin tərcüməçisi və redaktəsi, korrektəsi və digər texniki işləri ilə Bakı Slavyan Universiteti, kitabların bədii tərtibatıyla “Tutu” nəşriyyatı, çapı ilə “Şərq-Qərb” nəşriyyatı məşğuldur: “Çap olunmuş 29 kitabın 21-nə daxil edilmiş əsərlər Azərbaycan oxucularına əvvəllər təqdim olunsa da, bu kitabların üzərində yenidən ciddi redaktə və korrektə işləri aparılır. Yeni nəşrlə kimi təqdim edilən Lagervist, Pamuk və Amadunun seçilmiş əsərlərindən ibarət üç kitab oxucularımıza, ümumiyyətlə, ilk dəfə, Hamsun və Selincerin əsərləri isə əsaslı şəkildə yeni tərcümə variantında təqdim olunur. Böll, Rid və Remarkın yaradıcılığına aid kitablar bu müəlliflərin mühüm əsərlərinin yeni tərcümələrindən əsaslı əlavələr etməklə nəşr edilib”.

K. Abdulla bildirib ki, hazırda BSU-da yaradıcı heyət tərəfindən Dostoyevskinin, Kinqin, Stivensonun, Moemin, Korusarın, Sinklerin, Azimovun, Hessenin, Sveyqin, Nabokovun, Kafkanın, Borxesin, Platonovun, Saramaqonun, Qolsuorinin və başqalarının Azərbaycan dilinə ilə dəfə tərcümə olunmuş əsərləri çapa hazırlanır: “Ümumilikdə isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından çap olunacaq kitabların 120-də Azərbaycan oxucuları dünya ədəbiyyatının bir çox görkəmli nümayəndələrinin yaradıcılığı ilə ana dilimizdə yeni tərcümələrdə ilk dəfə tanış ola biləcəklər”.

Qeyd edək ki, bu gün təqdim olunan 29 kitab ölkə başçısı İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” sərəncamına əsasən 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasındandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR