Bank Of Baku

Gürcüstan prezidentinin səlahiyyətli nümayəndəsi Bakıya gəlib

Gürcüstan prezidentinin səlahiyyətli nümayəndəsi Bakıya gəlib
# 25 fevral 2010 14:00 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi Gürcüstanda qeyd ediləcək. Bu barədə APA-ya xalq şairinin özü məlumat verib. Z. Yaqub deyib ki, Gürcüstanda yubiley tədbirlərinin keçirilməsi məqsədilə hazırlıq işlərinə başlanıb. O bildirib ki, silsilə yubiley tədbirlərinin təşkili üçün Gürcüstan prezidentinin Kvemo-Kartli (Borçalı) bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, qubernatorun müavini Hüseyn Yusifov və Bolnisi rayon İcra Hakimiyyəti başçısının müavini Ramin Həsənov Bakıya gəliblər: “Bakıda mənimlə görüşüb məsələni müzakirə etdilər. Razılığa gəldik ki, aprelin 20-si 30-u arası Tiflisdə və respublikanın müxtəlif bölgələrində tədbirlər keçirilməsi üçün plan hazırlansın” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR