Bank Of Baku

Böyük Britaniya kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilib

Böyük Britaniya kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilib
# 02 mart 2010 15:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Britaniya kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bu günlərdə Britaniya kitabxanasında olub və kitabxananın İdarəetmə Şurasının Sədri Ser Kolin Lukasla görüşüb. Böyük Britaniyanın Kitabxanasında qədim əlyazmalardan ibarət yeni kolleksiya nümayiş etdirilib. Kolleksiyada Nizami Gəncəvinin “Xəmsə”sindən seçmələr, Səfəvi hökmdarı I Təhmasibin və digər əlyazmaların yazıldığı ərazi Azərbaycan göstərilsə də, yazıldığı dilə uyğun olaraq onlar fars əsərləri kimi göstərilib. Səfir qeyd edib ki, bu əlyazmaların yazıldığı dilə uyğun onların fars əsərlərinə aid edilməsi həqiqətə uyğun deyil. Yol verilmiş yanlışlıqlar aradan qaldırılıb. Səfir və kitabxananın İdarəetmə Şurasının sədri Ser Kolin Lukas M.F.Axundov adına Milli Kitabxana və Böyük Britaniyanın Kitabxanası arasında Anlaşma Memorandumunun imzalanmasını tövsiyə edilib. Səfir F. Qurbanov Azərbaycan tarixi, iqtisadiyyatı, incəsənəti, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi haqqında kitabları Britaniya Kitabxanasına hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR