Bank Of Baku

“525 kitab” seriyasından növbəti kitabların təqdimatı olub

“525 kitab” seriyasından növbəti kitabların təqdimatı olub
# 10 mart 2010 12:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “525-ci qəzet”in “525 kitab” seriyasından işıq üzü görən daha iki kitabın - görkəmli fransız şairi Mişel Uelbekin “Sağ qalma” və fars şairi Söhrab Sipehrinin “Suyun ayaq səsi” kitablarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirib ki, hər biri 1000 tirajla çap olunan kitabların 600 nüsxəsi Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ölkə kitabxanalarına və “525-ci qəzet”in abunəçilərinə pulsuz paylanacaq. R. Məcid deyib ki, 2009-cu ildə ”525 kitab” seriyasından 6 kitab çap olunub. Bu il isə bu seriyadan 12 kitabın nəşri planlaşdırılıb. Kitabların 4-ü artıq nəşr olunub.

Qeyd edək ki, Adil Mirseyidin, Səlim Babullaoğlunun və Pərviz Yusifin tərcümələri toplanmış M. Uelbekin “Sağ qalma” kitabına müəllifin ədəbi və sosial mövzuda esseləri, şerləri, filologiya elmlər namizədi Məsihağa Məhəmmədinin tərcüməsində hazırlanmış S. Sipehrinin kitabına isə müəllifin şerləri və bir poeması daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR