Bank Of Baku

“Azərbaycan dastanları” audio-kitabının təqdimat mərasimi keçirilib

“Azərbaycan dastanları” audio-kitabının təqdimat mərasimi keçirilib
# 17 mart 2010 11:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Diplomat Körpəm” uşaq jurnalı “Azərbaycan dastanları” audio-kitabının təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən layihənin rəhbəri, Nəriman Nərimanov adına Kütləvi Kitabxananın direktoru Arzu Soltan bildirib ki, audio-kitablar Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə hazırlanıb. Onun sözlərinə görə, audio-kitabda dastanları İncəsənət Universitetinin tələbələri səsləndirib. Səslənən dastanlar sazla müşayiət olunur: «Kitabxanaya gənclər az müraciət edir, kitab mütaliəsi zəifdir. Bunun səbəbini isə müasir texnologiyalarla izah edirlər. Buna görə də biz belə qərara gəldik ki, kitabları audio formatında təqdim edək. Azərbaycan Folklorunun bir sıra nümayəndələri var və biz ilk olaraq dastanları seçdik». A. Soltan rəhbərlik etdiyi kitabxanada olan bütün kitabların audio formatında hazırlanmasını arzuladığını qeyd edib: “Amma bunun üçün maliyyə vəsaiti lazımdır”. Qeyd edək ki, audio-kitab satış üçün deyil, müxtəlif kitabxanalara, təhsil müəssisələrinə paylanmaq üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR