Bank Of Baku

“Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabı çapa hazırlanır

“Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabı çapa hazırlanır
# 19 mart 2010 12:06 (UTC +04:00)
Bakı-APA. Millət vəkili Qənirə Paşayeva və «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlının həmmüəllifi olduğu «Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım» kitabı çapa hazırlanır. APA-nın xəbərinə görə, yaxın günlərdə nəşr olunacaq kitab erməni silahlı birləşmələrinin rus ordusunun köməyi ilə 1990-cı il mart ayının 27-də Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri soyqırım faktlarından bəhs edir.
«Ermənilərin törətdiyi soyqırım qurbanı – Bağanıs Ayrım» kitabında soyqırım faktlarla oxuculara çatdırılır.
Kitabın baş məsləhətçisi Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevdir.
İngilis və rus dillərində nəşri planlaşdırılan kitabın təqdimatı mart ayının 24-də Atatürk Mərkəzində keçiriləcək. Erməni silahlı birləşmələrinin rus hərbçilərinin yardımı ilə törətdiyi Bağanıs Ayrım soyqırımı haqqında müəlliflərin ssenarisi əsasında sənədli filmin çəkilişlərinə də başlanılıb.

Qeyd edək ki, 1990-cı il mart ayının 24-də erməni silahlıları rus hərbçilərinə məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Bağanıs Ayrıma hücum edib, mülki əhali insanlığa sığmayan işgəncələrlə qətlə yetirilib, diri-diri ocaqda yandırılıb.
Bağanıs Ayrım kəndi 1990-cı il avqust ayının 20-də işğal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR