Bank Of Baku

Azərbaycanda ilk dəfə “Azərbaycanca-ərəbcə lüğət” nəşr edilib

Azərbaycanda ilk dəfə “Azərbaycanca-ərəbcə lüğət” nəşr edilib
# 27 mart 2010 08:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilindən ərəb dilinə tərcümə lüğəti nəşr edilib.

APA-nın məlumatına görə, “Azərbaycanca-ərəbcə lüğət” kitabının müəllifləri Bakı Dövlət Universitetinin aspirantları Niyaməddin Qasımov və Tural Sadıqlıdır. Kitabın elmi redaktoru Qahirə Dövlət Universitetinin doktoru İbrahim əs-Sissi, elmi rəyçi isə Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəylidir. Kitab Təbrizdə çap edilib.

Lüğətdə 22 min söz ehtiyatı var və ümumi sözlər toplanıb. Azərbaycanda ilk dəfə çap olunan Azərbaycan-ərəb dili lüğəti ali məktəb tələbələri və ərəb dilini öyrənənlər üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR