Bank Of Baku

“Musa Yaqubun poeziyası” adlı kitab çap olunub

“Musa Yaqubun poeziyası” adlı kitab çap olunub
# 30 mart 2010 12:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yazıçı-publisist Allahverdi Eminovun “Musa Yaqubun poeziyası” kitabı çap olunub. Söz Azadlığını Müdafiə Fondundan (SAMF) APA-ya verilən məlumata görə, “Mütərcim” Nəşriyyat və Poliqrafiya Mərkəzində çap olunmuş kitab görkəmli şair, SAMF sədri Musa Yaqubun keçdiyi həyat yolu və yaradıcılığını əhatə edir.
Kitabın orijinal cəhətlərindən biri də müəllifin “ön söz”dən imtinasıdır. Bu isə imkan verib ki, A. Eminov Musa Yaqub haqqında öz ədəbi qeydlərini tamamilə oxucu dəyərləndirmələrinin ixtiyarına buraxsın. Kitab 7 bölmə və əlavələrdən ibarətdir. Kitabın elmi redaktoru professor Tərlan Novruzov, rəyçisi dosent Aydın Paşayevdir.
Kitab 500 nüsxə ilə çap olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR