Bank Of Baku

Rəsul Rzanın məzarı ziyarət olunub

Rəsul Rzanın məzarı ziyarət olunub
# 01 aprel 2010 10:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 1-də Azərbaycanın xalq şairi Rəsul Rzanın vəfatının 19-cu ildönümdür. APA-nın məlumatına görə, bununla əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Rəsul Rzanın oğlu Anar başda olmaqla qurumun rəhbərliyi, mərhumun ailə üzvləri, dostları və poeziya həvəskarları şairin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.

AYB-nin katibi, xalq şairi Fikrət Qoca jurnalistlərə açıqlamasında Rəsul Rza yaradıcılığına toxunub və onun hər zaman yaşayacağının bildirib: “Dövlət başçısının sərəncamı ilə Rəsul Rzanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Hazırda yubileyə ciddi hazırlıq işləri gedir. Rəsul Rza Fondu olaraq şairin yubileyini Gəncə və Naxçıvanda da keçirməyi düşünürük. Türkiyə və Rusiyadan da yubileyin qeyd olunması ilə bağlı dəvətlər almışıq”.

F. Qoca deyib ki, şairin Göyçaydakı muzeyinin açılışı nəzərdə tutulur: “Yubileylə əlaqədar şairin kitabları çapdan çıxmalıdır. Onun əsərlərinin təbliği daha yüksək səviyyədə həyata keçiriləcək. O, hər zaman cavan şairimiz olub və belə də qalacaq. Onun ən böyük arzusu Azərbaycanın müstəqilliyini görmək idi, o günə də gəlib çıxmışıq. Bu şeirlər yenidən yaşamağa başlayır və Rəsul Rzanın arzuları getdikcə gerçəkləşir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR