Bank Of Baku

Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Mükafatının builki sahibləri mayda açıqlanacaq

Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Mükafatının builki sahibləri mayda açıqlanacaq
# 01 aprel 2010 11:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Mükafatının builki sahibləri mayda açıqlanacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi və Rəsul Rza adına Ədəbiyyat Fondunun sədri Fikrət Qoca deyib. F. Qoca bildirib ki, mükafat üçün təqdim olunan əsərlər arasında İran, Türkiyə və digər ölkələrdən də yazarlar var. Bu ayın sonuna qədər əsərlərin hamısına baxılacaq və yekun qərar veriləcək. Qərarın mayın əvvəllərində açıqlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR