Bank Of Baku

Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub

Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub
# 16 aprel 2010 15:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Cəfər Cabbarlının anadan olmasının 110 illiyinə həsr olunmuş Cəfər Cabbarlı mükafatının təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, mükafatlandırma mərasimi Cəfər Cabbarlının ev-muzeyinin layihəsi əsasında “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin iştirakı və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Cəfər Cabbarlının nəvəsi, onun ev-muzeyinin baş elmi məsləhətçisi Qəmər Seyfəddinqızı mükafatın böyük yazıçının yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dramaturqlara təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, mükafat 15-20 nominasiya üzrə müəyyənləşib.

Daha sonra “Heydər Əliyevin dil siyasəti” kitabına və publisistik yazılarına görə yazıçı-publisist Salatın Əhmədli, şair-publisist Fəridə Ləman, Səidə Musabəyli, Qafar Əsgərzadə, teatr sahəsi üzrə Əminə Yusifqızı, Laləzar Mustafayeva, İlham Əsgərov, Yaşar Nuri, Ramiz Məlikov, Aydın Kazımzadə, Həmidə Ömərova, Ələkbər Muradov, Rafiq Əzimov, Sabir Məmmədov, Ramiz Məmmədov, rejissor işinə görə Bəhram Osmanov, ədəbiyyat və teatr sahəsindəki tədqiqatlara görə Asif Rüstəmli, Rəhim Əliyev, İlham Rəhimli, Hamlet İsaxanlı, bəstəkarlar Vüqar Camalzadə, Elçin İmanov və başqaları müxtəlif nominasiyalarda Cəfər Cabbarlı mükafatına layiq görülüblər.

Qeyd edək ki, bu mükafat 2001-ci ildə təsis olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR