Bank Of Baku

Çingiz Əlioğlu: Şairlər mədəniyyətin yayıcısı və xoş məramlı elçilərdir

Çingiz Əlioğlu: Şairlər mədəniyyətin yayıcısı və xoş məramlı elçilərdir
# 17 aprel 2010 23:49 (UTC +04:00)
«Keniya, Uruqvay, Rumıniya, Ərəb Ölkələrindən olan şairlər poeziyadakı cərəyanlardan danışaraq onları təhlil etdilər. Burada hədsiz dərəcədə Azərbaycan ədəbiyyatına və şerinə olan marağın şahidi oldum. Azərbaycan ədəbiyyatına olan maraq məni heyrətə gətirdi. Bu, bir poeziya bayramıdır», deyə şair bildirib.
Ç.Əlioğlu ona da bildirib ki, şeir və poeziya millətlərin mədəniyyətini əks etdirir.
«Biz İsfahanda, Şirazda da olacağıq. Mən İranda çox çevik bir mədəni həyatın başlandığını gördüm», - deyə Ç.Əlioğlu bildirib.
Qeyd edək ki, tədbirdə Azərbaycanı Naxçıvan Muxtar Respublikasından olan şair Muxtar Qasımzadə də təmsil edir.
Tehranda dünya şairlərinin 1-ci konqresi keçirilir. Konqres işini aprelin 22-də yekunlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR