Bank Of Baku

Bakıda tanınmış türkoloq Əhməd Zəki Validinin 120 illik yubileyinə həsr olunmuş sərgi və beynəlxalq elmi konfrans keçiriləcək

Bakıda tanınmış türkoloq Əhməd Zəki Validinin 120 illik yubileyinə həsr olunmuş  sərgi və beynəlxalq elmi konfrans keçiriləcək
# 19 aprel 2010 09:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Mirzə Fətəli Axundov adına Milli Kitabxanada tanınmış türkoloq Əhməd Zəki Validinin 120 illik yubileyinə həsr olunmuş sərgi və beynəlxalq elmi konfrans keçiriləcək. Milli Kitabxanadan APA-ya verilən xəbərə görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və AMEA-nın Şərqşünaslıq İnstitutu ilə birgə təşkil olunacaq. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Başqırdıstan və Krımdan nümayəndələrin iştirakı gözlənilir. Qeyd edək ki, 2010-cu il TÜRKSOY tərəfindən Əhməd Zəki Validi Toğan ili elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR