Bank Of Baku

Şairə Xəzangül Hüseynovanın yaradıcılıq gecəsi keçirilib

Şairə Xəzangül Hüseynovanın yaradıcılıq gecəsi keçirilib
# 22 aprel 2010 14:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Mirzə Ələkbər Sabir adına kitabxanada Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şairə Xəzangül Hüseynovanın yaradıcılığına həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, səkkiz kitab müəllifi olan Xəzangül Hüseynovanın Türkiyə və Gürcüstanda da kitabları işıq üzü görüb. Həmin kitablardan biri gürcü, biri isə türk dilinə tərcümə olunub. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə yaradıcılıq hesabatı verən müəllifi 1979-cu ildən bəri tanıdığını bildirib. Q. Nəcəfzadə X. Hüseynovanın 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində ədəbiyyata gələn ən maraqlı qələm sahiblərindən biri olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxışlardan sonra şairənin şeirləri məktəblilərin dilindən səslənib. Qeyd edək ki, Xəzəngül Hüseynova Türkiyə Avrasiya Yazarlar Birliyinin də üzvüdür. Hazırda müəllifin “Bitməyən xəzan” kitabı rumın dilinə tərcümə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR