Bank Of Baku

Marneulidə xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi qeyd olunub

Marneulidə xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi qeyd olunub
# 01 may 2010 15:31 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanın Marneuli rayonundakı Mədəniyyət evində xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbirdə Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Bakıdan gəlmiş professor Rüstəm Kamal, fəlsəfə elmləri doktoru Azər Turan çıxış ediblər. Yubileydə Borçalı aşıqlarından Aşıq Ramin, Aşıq Həvəskar, Aşıq Orxan xalq şairinin qoşmalarını ifa ediblər.
Mərasimdə çıxış edən Z. Yaqub bunları deyib: “Hara getdimsə, Zəlimxana ilahi məhəbbət gördüm. Bu gün Borçalı günüdür. Zəlimxan hər yerdə sözünü deyirsə, bu Zəlimxanın sözü deyil, Borçalı mahalının sözüdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR