Bank Of Baku

Gürcüstan-Azərbaycan Humanitar Universitetində xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib

Gürcüstan-Azərbaycan Humanitar Universitetində xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib
# 01 may 2010 18:13 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Aprelin 30-da Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə şairin ədəbi yaradıcılığı barədə geniş məlumat verilib, universitetin tələbələrinin şairə həsr etdikləri şeirlər oxunub.

60 yaşı tamam olan xalq şairi öz şerlərini xüsusi ahənglə oxuyub, xatirələrini danışıb.

Universitetin rektoru Novruz Bayramov xalq şairinin 60 illik yubileyinə kollektiv adından hədiyyələr təqdim edib. Xalq şairi universitetin kitabxanasına yenicə çapdan çıxmış “Peyğəmbər” və ikicildlik “Özün basdırdığın ağaca söykən” şeir kitablarını hədiyyə edib.

Tədbirin sonunda müəllim və tələbə kollektivi, tədbirə qatılan qonaqlar xalq şairi ilə birgə xatirə şəkli çəkdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR