Bank Of Baku

Moskvada azərbaycanlı yazıçının kitabı nəşr olunub

Moskvada azərbaycanlı yazıçının kitabı nəşr olunub
# 03 may 2010 11:49 (UTC +04:00)
Bakı - APA. Moskvanın “Plinta” nəşriyyatında azərbaycanlı yazıçı Natəvan Dəmirçioğlunun “Kniqa pervaya” (Birinci kitab) kitabı çapdan çıxıb.

APA-nın məlumatına görə, Rusiya oxucuları üçün nəzərdə tutulmuş yeni nəşrin yayımı Moskvada və Rusiyanın digər şəhərlərində aparılacaq.

Kitabda yazıçının üç povesti və üç hekayəsi yer alıb. Əsər sırf bədii ədəbiyyat nümunəsi kimi müasir Azərbaycan nəsri haqqında təsəvvür yaratmaqla yanaşı, “Yetim” povestində erməni məsələsinə toxunulması və “Üç nöqtə” povestində 20 Yanvar hadisələrinin yada salınması baxımından ictimai əhəmiyyət daşıyır.

Qeyd edək ki, Natəvan Dəmirçioğlu (Atamoğlanova Natəvan Dəmirçi qızı) 1963-cü ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olub. 1984-89-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyətə başlayıb. 1992-ci ildə redaktor, 1994-cü ildə böyük redaktor, 1995-ci ildə şöbə müdiri təyin edilib. Hazırda Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, eyni zamanda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin televiziya və radio jurnalistikası kafedrasının müəllimidir. 1999-cu ildə prezident təqaüdünə layiq görülüb. Bir pyesin, bir neçə povestin, onlarla hekayənin müəllifidir. Əsərləri türk, fars və rus dillərinə tərcümə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR