Bank Of Baku

Gürcüstan prezidenti Azərbaycanın xalq şairini “Şöhrət” ordeni ilə təltif edib

Gürcüstan prezidenti Azərbaycanın xalq şairini “Şöhrət” ordeni ilə təltif edib
# 03 may 2010 14:56 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, orden bu gün Tiflisdə keçirilən tədbirdə Gürcüstanın Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze tərəfindən Zəlimxan Yaquba təqdim edilib.

Gürcüstan prezidenti Z. Yaqubu Azərbaycan - Gürcüstan ədəbi əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə “Şöhrət” ordeni ilə təltif edib.

Qeyd edək ki, bu günlərdə xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun 60 illik yubileyi qeyd olunur. Bununla bağlı Gürcüstanda da bir sıra yubiley tədbirləri keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR