Bank Of Baku

I Milli Kitab Mükafatın sahibləri mayın 23-də məlum olacaq

I Milli Kitab Mükafatın sahibləri mayın 23-də məlum olacaq
# 04 may 2010 08:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda keçirilən I Milli Kitab Mükafatının (MKM) qalibinin adı mayın 23-də açıqlanacaq. MKM-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə mayın 1-nə nəzərdə tutulan bu tədbir, münsiflər heyətinin hələ də bir qərara gəlməməsi səbəbindən uzadılıb. Hazırda mükafatın ilk onluğuna düşmüş yazıçıların əsərləri çapa hazırlanır. İlk kitab isə bu həftə çap olunacaq. Mayın 27-də isə artıq mükafatın I, II və III yer sahibi məlum olacaq.

Qeyd edək ki, “Top-10”da Şərif Ağayar, Əlabbas Bağırov, Nəriman Əbdülrəhmanlı, Samit Əliyev, Eyvaz Əlləzoğlu, Elxan Qaraqan, Kamran Nəzirli, Əjdər Ol, Rafiq Tağı və Fəxri Uğurlunun əsərləri yer alıb. Müsabiqəyə ümumilikdə 265 əsər təqdim olunub. Onlardan 205-i Azərbaycan, 60-i rus dilindədir.

Xatırladaq ki, layihənin baş sponsoru “Azercell Telekom” MMC, rəsmi sponsorları “Azərsun Holdinq” və “Qarant Sığorta” şirkətləridir. Milli Kitab Mükafatına informasiya dəstəyi verən kütləvi informasiya vasitələri arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR