Bank Of Baku

Yazıçı-jurnalist Bəhruzərin kitabının təqdimat mərasimi keçirilib - FOTO

Yazıçı-jurnalist Bəhruzərin kitabının təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 06 may 2010 11:22 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün yazıçı-jurnalist Bəhruzərin “Qarğınsız” kitabının təqdimat mərasimi keçirilib. APA-nın xəbərin görə, təqdimat mərasimində çıxış edən professor Qəzənfər Paşayev deyib ki, kitab Azərbaycanın tarixi, tarixi yerlər haqqında maraqlı məlumatlarla zəngindir. Onun sözlərin görə, Bəhruzər maraqlı araşdırmalar apararaq mühüm faktları ortaya çıxarıb: “Bu kitab həm də ədəbi dilin zənginləşməsinə öz töhfəsini verə bilər”.

Millət vəkili Qənirə Paşayeva isə deyib ki, tarixi yaxşı bilmək üçün ilk növbədə öz kəndinin tarixini öyrənmək gərəkdir: “Ermənilər tarixən Azərbaycanın torpaqlarına yiyələnərək onların adını dəyişdirməklə özününküləşdirməyə cəhdlər ediblər. Məhz belə kitabların ortaya çıxması bu cəhdlərin qarşısı müəyyən qədər ala bilər. Biz öz tariximizi bilməklə yanaşı, onu qorumağı da bacarmalıyıq” .

Qeyd edək ki, Bəhruzərin “Qarğınsız” kitabı Azərbaycanın tarixi torpağı olan Şəmşəddil və digər qədim yurdlardan bəhs edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR