Bank Of Baku

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına 37 adda alman uşaq ədəbiyyatı hədiyyə olunub – FOTO

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına 37 adda alman uşaq ədəbiyyatı hədiyyə olunub – <font color=red>FOTO </font>
# 06 may 2010 14:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Firubin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında alman uşaq ədəbiyyatının təbliği məqsədi ilə növbəti tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfirliyinin konsulu Tomas Vek bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, Azərbaycan uşaqlarında alman ədəbiyyatına olan marağı yüksək qiymətləndirib və bu cür tədbirlərin hələ davam edəcəyini qeyd edib. Kitabxananın direktoru Firuzə Quliyeva isə alman ədəbiyyatının təbliği yönündə keçirilən tədbirlərə görə səfirliyə təşəkkürünü bildirib. Kitabxana direktoru belə tədbirlərin artıq üçüncü dəfədir keçirildiyini deyib: ““Hər bir tədbirdən sonra bizim kitabxanaya çoxlu alman uşaq ədəbiyyatı hədiyyə edilir. Bu kitablar bizim üçün, xüsusi ilə alman dilli uşaqlarımız üçün çox dəyərlidir. Alman nağıllarının Azərbaycan dilinə tərcümə olunmasını isə çox arzulayırıq. Eləcə də Azərbaycan nağıllarının Almaniyada təbliği çox arzuolunandır”. Bugünkü tədbirdə sərgilənən 37 alman uşaq ədəbiyyatı səfirlik tərəfindən kitabxanaya hədiyyə edilib. Tədbirdə 42 və 47 saylı orta məktəbin şagirdləri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR