Bank Of Baku

Bakıda Məmməd Səid Ordubadinin Xatirə Muzeyi açılacaq

Bakıda Məmməd Səid Ordubadinin Xatirə Muzeyi açılacaq
# 11 may 2010 15:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda Məmməd Səid Ordubadinin Xatirə Muzeyi açılacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. O bildirib ki, Məmməd Səid Ordubadinin Xatirə Muzeyi 1979-cu il noyabrın 1-də yaranıb. Muzeyin yaradılmasının 30 illiyi ilə əlaqədar 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə əsaslı təmir, 2009-cu ildə isə bədii tərtibat işləri aparılıb. İndi muzeyin qapıları ədibin pərəstişkarlarının qarşısında yeni siması ilə açılır.
Ədib bu evdə 1938-1950-ci illərdə, yəni ömrünün son günlərinədək yaşayıb. Muzeydə Ordubadiyə aid olan 2000 yaxın eksponat qorunub saxlanır. Ordubadinin 78 il davam edən dünya səfərinin 50 ili zəhmətdə, ictimai-siyasi mübarizələrdə, hətta həbslərdə və sürgünlərdə belə yaradıcılıqla məşğul olmaqla keçib. Bir yazıçı kimi onun böyüklüyü “Dumanlı Təbriz”, “Qılınc və Qələm”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Dünya dəyişir” romanlarının indi də dönə-dönə oxunmasında, tariximizi yaşatmasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR