Bank Of Baku

Firdovsinin ölməz “Şahnamə” əsərinin 2-ci cildinin təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Firdovsinin ölməz “Şahnamə” əsərinin 2-ci cildinin təqdimat mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 14 may 2010 16:57 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri Əbülhəsən Firdovsinin dahi və ölməz bir mütəfəkkir şair olduğunu deyib. O kitabın tərcüməçisi, görkəmli Azərbaycan şərqşünası, şair və tərcüməçi, respublikanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor mərhum Mübariz Əlizadənin əməyini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami kitabın Azərbaycanda tərcümə və çap edilməsini əlamətdar bir hal kimi dəyərləniirib. O bunun iki ölkə arasında mədəni əlaqələrin genişlənməsi hesab etdiyini bildirib. Səfir Azərbaycanın sevincini İran xalqının sevinci olduğunu bəyan qeyd edərək iki xalqın gələcəyinin uğurlu olacağını bildirib.

Tədbirdə çıxış edən İran ali rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyyid Əliəkbər Ocaqnejad Azərbaycan xalqının tarixin bütün keçidlərində ölməz və həmişəyaşar bir şah əsəri yartdığını deyib. O bildirib ki, Azərbaycanın görkəmli elm xadimi Mərhum Mübariz Əlizadə də belə şəxsiyyətlərdən olub.

Ə. Ocaqnejad Firdovsinin “Şahnamə” əsərini 30 ilə yazdığını qeyd edərək elə tərcüməçinin də bu əsəri 30 ilə tərcümə etdiyini bildirib. Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev, professor Şahin Fazil və digərləri əsərin dəyəri və Azərbaycan xalqına əsaslı bir hədiyyə olduğu barədə danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR